Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə mediası Bakıdakı zəlzələdən yazdı - FOTO

Türkiyə mediası Bakıdakı zəlzələdən yazdı - FOTO

Tarix: 7 Dekabr 2023 16:22

Türkiyə mediası Azərbaycanda baş verən zəlzələdən yazıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Haberler.com saytı "Azerbaycan'da 5.6 büyüklüğünde deprem" başlıqlı xəbər yayımlayıb.

"Səhər saatlarında 5,6 bal gücündə zəlzələ baş verib, episentri Xəzər dənizində olub. Zəlzələ Azərbaycan və ətraf ölkələrdə hiss olunub. Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, səhər saatlarında ölkə ərazisində 5,6 bal gücündə zəlzələ baş verib.Azərbaycan Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08.16-da baş verib. Açıqlamada 5,6 bal gücündə zəlzələnin 68 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Zəlzələ paytaxt Bakıda da hiss olunub. Zəlzələdən sonra hər hansı dağıntı və ya insan tələfatı olub-olmadığı barədə məlumat verilməyib", - deyə xəbərdə deyilir.

Xəyal
Milli.Az


Etiketlər:  Türkiyə mediası Bakıdakı zəlzələdən yazdı FOTO


RƏYLƏR