Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbdə qorxulu hadisə - 12 yaşlı qız pəncərədən yıxıldı

Məktəbdə qorxulu hadisə - 12 yaşlı qız pəncərədən yıxıldı

Tarix: 8 Dekabr 2023 08:52

Rusiyanın Krasnodar diyarında 12 yaşlı qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə nəticəsində azyaşlı xəsarət alıb. Müayinə və lazımi yardımın göstərilməsi üçün tibb müəssisəsinə aparılıb", - idarənin "Telegram" kanalında yazıb.

Polisin qeyd etdiyi kimi, məktəbin müəllim və şagirdləri tərəfindən qıza qarşı heç bir qanunsuz hərəkət olmayıb. Hazırda hadisənin baş vermə şəraiti müəyyən edilir, təhsil müəssisəsinə baxış keçirilir.

Milli.Az


Etiketlər:  Məktəbdə qorxulu hadisə 12 yaşlı qız pəncərədən yıxıldı


RƏYLƏR