Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 18:04
İsrail Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturunu aşkar etdiyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdaifə Nazirliyinin sözçüsü, briqada generalı Daniel Haqari "X" səhifəsində məlumat verib. Onun sözlərinə görə, axtarışlar zamanı universitetin həyətindən başlayan və təxminən bir kilometr uzaqlıqdakı məktəbə qədər gedib çıxan yeraltı marşrut aşkarlanıb.
"İsrail ordusunun əsgərləri Şatti xəstəxanası yaxınlığında müşahidə məntəqəsindəki axtarışlar zamanı isə 200-ə yaxın radio, onlarla kamera və silah-sursat aşkar edib", - deyə Haqari əlavə edib.