Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 22:46
"Mercedes"in sürücüsü Lyuis Hemilton Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Azərbaycanın paytaxtı Bakıda Qala mərasimi keçirmək qərarından narazı qalıb.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, Hemilton bu barədə "Crash.net" portalına açıqlamasında deyib.
"Mən Bakını çox bəyənirəm, gözəl yerdir, amma görəsən, FİA ətraf mühit haqqında fikirləşibmi: bura çox adam uçub, federasiyanın özü Parisdədir, ona görə də orada qalmaq daha yaxşı olardı.
Amma Bakı gözəl şəhərdir, biz hamımız birlikdə maraqlı axşam keçirəcəyik, idmanımızda çalışan gözəl insanların nailiyyətlərini qeyd edəcəyik, il ərzində yollarımız kəsişməyən heyrətamiz idmançılarla görüşəcəyik".
Qeyd edək ki, 2019-cu ildən FIA-nın mükafatlandırma mərasimi Avropada - Paris, Cenevrə və Bolonyada keçirilir. Bakı ilk dəfə olaraq tədbirə ev sahibliyi edəcək.