Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 06:30
Məşhur amerikalı müğənni Adel "The Hollywood Reporter" jurnalının üz qabığında yer alıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı fotoqraf Ruven Avanadorun kamerasına keçib.
"Məni anam, bibilərim və nənəm böyüdüb. Onlar mənə indiyə qədər tanıdığım hər kəsdən daha güclü görünüblər. Onlar qadın olmağın necə çətin bir şey olduğunu yaşadılar. Bu, onları daha güclü etdi.
Mənə ilham verənlərdən biri də Barbara Streisanddır (müğənni - red.) Ona pərəstiş edirəm. Beyons isə kumirimdir, onu izləyirəm. O qədər çox qapı var ki, yalnız başqaları onları açdığı üçün içəri girə bilmişəm. Bu işdə özümü çox şanslı hesab edirəm.
Hər şeydən əvvəl, sadəcə özünüz olmağınız vacibdir. Ağdərili qadın olmaq karyeramda bu qədər şanslı olmağımın səbəblərindən biridir" deyə, Adel açıqlamasında deyib.