Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 09:54
Səudiyyə Ərəbistanı Liqasının 16-cı turunun oyununda "Əl-Nəsr" "Ər-Riyad"ı qəbul edib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı karyerasında 1200-cü matçına çıxan ulduz forvard Kriştianu Ronaldu açıb. Bununla da 38 yaşlı forvard keçirdiyi 15-ci matçda 16 dəfə fərqlənib.
"Əl-Nəsr"in digər qollarını Taliska (2) və Otavio vurub.
"Əl-Nəsr" 37 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Əl-Hilal"la arasındakı fərq 7 xaldır.