Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övliyaların ətrafında birləşmək birlik rəmzidir

Övliyaların ətrafında birləşmək birlik rəmzidir

Tarix: 10 Dekabr 2023 08:00

Şəbistan Xəbər Agentliyinin məlumatına əsasən, "İftitaf" duasını İmam Zamanın (ə.f) xüsusu naibi olan Məhəmməd ibn Osman Əmiri nəql edib. Şiələr bu duanı ramazan ayı gecələrində oxuyurlar. Bu duada yükəsk məzmunlar, teizm və Allahı tanımaqlqa əlaqədar ali nünanslar yatır. Məhz buna görə də, bir sıra aimlər bu duaya şərhlər yazıblar.
"İftitaf" duasının son parçası bir neçə məsələyə toxunur: Həzrət Mehdinin (ə.f) imaməti sayəsində qurulacaq İslam dövlətinə meyl və vurğunluq ifadə etmək, İslam dövətini məqsəd və amallarını bəyan etmək və bizim onu qarşısnda vəzifərimizi açıqlamaq.
"İftitaf" duası Allaha həm və səna ilə başlayır. Sonra aşağıdakı məsələlərə toxunulur: Düşzün yolu seçmək, ilahi yardım və təsbitlər, Allahın hikmətli qəzəb və rəhməti, qorxu və ümüdün yanaşı olmasının zərurəti, ibadədə nailiyyət qazanmaq Allahın bəndəsinə minətdir, bəndənin günahı və ilahi feyz və mərhəmətin isə davam etməsi, Allahın nemətlərini yada salmaq, nemətlərin Allahın əlində qalması, Alahın nemətlərində təfəkkür etmək vacibliyi.
"İftitaf" duasının sonuncu cümlələrində - onlara diqqət yetirilməsi xüsusi ilə tapşırılıb - Həzrət Mehdinin (ə.f) imaməti sayəsində qurulacaq İslam dövlətinə meyl və vurğunluq ifadə edilir. Orada İslam dövətinin məqsəd və amalları bəyan edilir və bizim onu qarşısnda vəzifərimizi açıqlanır.

Şəbistan Xəbər Agentliyi fürsət düşdükcə bu duanın müəyyən parçalarının onun şərhi ilə birlikdə oxucularına təqdim edir:

اللَّهُمَّ الْمُمْ بِهِ شَعَثَنَا وَ اشْعَبْ بِهِ صَدْعَنَا وَ ارْتُقْ بِهِ فَتْقَنَا وَ كَثِّرْ بِهِ قِلَّتَنَا وَ أَعْزِزْ [أَعِزَّ] بِهِ ذِلَّتَنَا وَ أَغْنِ بِهِ عَائِلَنَا وَ اقْضِ بِهِ عَنْ مُغْرَمِنَا [مَغْرَمِنَا] وَ اجْبُرْ بِهِ فَقْرَنَا وَ سُدَّ بِهِ خَلَّتَنَا وَ يَسِّرْ بِهِ عُسْرَنَا وَ بَيِّضْ بِهِ وُجُوهَنَا وَ فُكَّ بِهِ أَسْرَنَا وَ أَنْجِحْ بِهِ طَلِبَتَنَا وَ أَنْجِزْ بِهِ مَوَاعِيدَنَا وَ اسْتَجِبْ بِهِ دَعْوَتَنَا
"Pərvərdigara, bizim pərişanlığımızı onun köməyi ilə aradan apar, bizim parakəndəliyimizə onunla birlik bəxş et, bizim qırıqlığımızı onunla birlşdir, bizm azlığımıza onunla çoxluq bəxş et, zillətimizə onunla izzət ver, yoxsuluğumuzu onunla varlılığa çevir, borclarımzı onun bərəkəti ilə ödə. Fəqirliyimizi onun bərəkəti ilə aradan qaldır. İkitirəliyimizi onun vasitəsi ilə vəhdətə çevir. Çətinliyimizi onunla asan et. Üzümüzü onun görüşü ilə ağ, əsirlərimizi onun yardımı ilə azad et, istəklərimizi onun lütfü ilə yerinə yetir. Bizə verdiyin vədələri onun zühuru ilə həyata keçir, ona xatir dualarımzı qəbul et".
Cəmiyyətin birliyinə nail olmaq üçün ən yaxşı əməl Allahın övliyası olan İmam Zamanın (ə) ətrafında birləşməkdir. Həzrət Mehdinin (ə.f) ideaları əsasında qurulan dindar cəmiyyətdə insanlar birdirlər, vəhdət və sıx bağlılıq oların arasında hökm sürür. Bu cəmiyyət təfriqə, ikitirəlik və hər növ stabilsizlikdən uzaqdır.


Etiketlər:  Övliyaların ətrafında birləşmək birlik rəmzidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ