Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan

Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan

Tarix: 10 Dekabr 2023 10:20

Bizim missiyamız Ermənistanın müstəqilliyini, suverenliyini, dövlətçiliyini, demokratiyasını möhkəmləndirmək və ya Ermənistanı suveren, müstəqil, demokratik və azad hüquqi dövlətə çevirməkdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda "Mülki müqavilə" partiyasının təşəbbüs qrupunun iclası zamanı bildirib.

Paşinyan bu ideyanı dəstəkləməyən şəxslərin 2024-cü ildə partiyanı tərk edəcəklərini açıqlayıb:

"Biz istəyirik ki, partiyada nə üçün toplaşdığımızı aydın dərk edən belə insanlar qalsın. Bu ideyanı tam başa düşməyənlərə dostcasına, səmimi şəkildə, partiyanın inzibati rıçaqlarından istifadə etmədən, sadəcə olaraq, ərizə yazıb partiyadan çıxmalarını xahiş etməliyik".

Milli.Az


Etiketlər:  Kim bu ideyanı daşımırsa partiyadan getsin Paşinyan


RƏYLƏR