Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hamilə model SƏRHƏD TANIMIR: dərin sinə dekoltesi, qarnı açıq libas... - FOTO

Hamilə model SƏRHƏD TANIMIR: dərin sinə dekoltesi, qarnı açıq libas... - FOTO

Tarix: 10 Dekabr 2023 22:25

Çox gənc görünən bu qızın dördüncü dəfə hamilə olduğuna inanmaq çətindir.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, söhbət supermodel Miranda Kerrdən gedir.

O, yeni körpə gözləyir və bu dəfə hamiləliyini hər kəsdən gizlətməməyə qərar verib. O bəzən sosial şəbəkələrdə şəkillər paylaşır və paparassilərdən gizlənmir. Görünür, indi hesab edir ki, hamiləlik onu məhdudlaşdırmamalıdır. Buna görə də 4-cü övladını gözləyərkən sevimli açıq-saçıq geyimlərindən əl çəkmir.

İkonik körpə siması olan qız uzun müddətdir ki, podiumlarda görünmür. Miranda ildən-ilə daha az işləyir. 10 il əvvəl Kerr dünyanın ən çox maaş alan modellərindən biri idi və indi o, evdə ailəsi ilə daha çox vaxt keçirir. Və bu təəccüblü deyil, Miranda üç oğul anasıdır. İndi o, başqa bir uşaq gözləyir.

Bu yaxınlarda paparassilər uşağı ilə gəzən qmodelin fotolarını çəkib. Onun əynində orta nahiyəsi və dərin dekoltesi açıq olan nazik qayışlı qısa top və boş şalvar olub. Qız üstünə həcmli bir hırka atdıb.

Modelin hamiləliyin son aylarında olduğu aydın görünür. Bununla belə, o, demək olar ki, dəyişməyib. Bir çox analar onu bu cür açıq-saçıq geyimə görə onlayn şərhlərdə qınasalar da, Miranda, bir çox digər ulduz qızlar kimi, gələcək ananın cəsarətli görünə biləcəyinə və mövqeyindən utanmayacağına inanır.

2010-cu ildən 2013-cü ilə qədər aktyor Orlando Bloom ilə evli idi. O vaxtlar Bloom sözün əsl mənasında Hollivudun seks simvolu sayılırdı. O və Miranda bir-birləri üçün mükəmməl insanlar kimi görünürdülər. Ancaq cəmi 3 il sonra gənclər ayrılmaq qərarına gəldilər. Orlando ilə evliliyində qız ilk oğlu Flinni dünyaya gətirdi.

Milli.Az


Etiketlər:  Hamilə model SƏRHƏD TANIMIR dərin sinə dekoltesi qarnı açıq libas FOTO


RƏYLƏR