Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada radioaktiv pişiklər peyda olub - FOTOlar

Britaniyada radioaktiv pişiklər peyda olub - FOTOlar

Tarix: 10 Dekabr 2023 23:52

Böyük Britaniyanın Siskeyl şəhər sakinləri Sellafild nüvə kompleksinin yaxınlığında bir dəstə sahibsiz radioaktiv pişiklərin peyda olmasından şikayətləniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avropanın ən böyük nüvə obyekti olan Sellafilddə işçilər onları tullantılarla qidalandırıb və illərlə nəhəng buxar borularının istisi altında saxlayıblar.

"Radiation Free Lakeland" (RAFL) qrupu sahibsiz pişiklərin nəcislərində plutonium və sezium izləri olduğunu iddia edir.

Nüvə şirkəti nümayəndələri ittihamları rədd etsələr də, bəzi işçilər pişikləri yedizdirdiklərinə görə intizam cəzası ilə üzləşiblər.

Milli.Az


Etiketlər:  Britaniyada radioaktiv pişiklər peyda olub FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ