Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor serialdan qovulur?

Məşhur aktyor serialdan qovulur?

Tarix: 11 Dekabr 2023 20:55

Afra Saraçoğlu Türkiyədə böyük reytinqlər toplayan "Yalı çapkını" serialından qovula bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, aktrisanın ötən həftə doğum günündə ətrafına toplaşan jurnalistlərə verdiyi açıqlamaları qalmaqala səbəb olub. Afra serialdakı tərəf müqabili, sevgilisi Mert Ramazan Dəmirlə ayrıldıqlarını bildirərkən fərqinə varmadan növbəti bölümlər barədə poiler verib.

O, jurnalistin üzüyünü niyə taxmadığı ilə bağlı sualına "Seyranın üzüyüdür, o da çıxacaq bəlli" cavabını verib və qəhrəmanların ayrılacağını serial efirə getməzdən əvvəl açıqlayıb.

Bu, əsərin müəllifi Gülseren Budayıcıoğlunu əsəbiləşdirib. Ssenarinin diqqətlə hazırlanmasını tələb edən yazıçı gələcək bölümlərdə olan hadisələri ifşa etdiyi üçün Afra Saraçoğlunun serialdan qovulmasını tələb edib.


Etiketlər:  Məşhur aktyor serialdan qovulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ