Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski sabah ABŞ-yə səfər edəcək

Zelenski sabah ABŞ-yə səfər edəcək

Tarix: 11 Dekabr 2023 21:42

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.  

Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.

Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi.

Milli.Az


Etiketlər:  Zelenski sabah ABŞ səfər edəcək


RƏYLƏR