Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 20:46
Rusiyanın "Ekspress qəzet"i 1988-ci ilin dekabrında Ermənistana dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Spitak şəhərinə gəlmiş jurnalistlərin və xilasedicilərin xatirələrini dərc edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, faciədən xəbər tutan sovet ölkəsi yəqin ki, sonuncu dəfə birləşdi.
"Təyyarələr dünyanın hər yerindən İrəvan və Leninakan (indiki Gümrü) hava limanlarına uçurdu - çadırlar, avadanlıqlar, generatorlar, yeməklər, geyimlər, dərmanlar daşınırdı. Təsəvvür edə bilərsinizmi ki, xalqının belə çətin bir vaxtında humanitar yardımı oğurlayanlar da olub? Leninakanda keçirilən müşavirədə yoxa çıxan əmlakın rəqəmləri vaxtaşırı açıqlanırdı", - deyən jurnalist, hərbi publisist Vladislav Şurıqin xatırlayır ki, o, ermənilərdən ibarət müəmmalı briqadaların təyyarələrə necə yaxınlaşdığını və naməlum istiqamətə yükü apardığını şəxsən müşahidə edib.
"Yalnız göyərtəsində dəyərli olmayan bir şey olsaydı, boşaltma prosesi hərbçilərə tapşırılırdı. Budur o dövrə aid qeydlərim: "500 fransız çadırı, soba və yataq kisəsi", "300 alman dizel generatoru", "15 ton ət konservi", "2000 dəst qış forması (paltarları)", "10 ton NATO quru qidası", "3000 ədyal". Eyni zamanda, İrəvanda olduğu kimi, Leninakanda da zərərçəkənlərə isti paltarlar, uşaq paltarları və s. göndərən sadəlövh sovet "samaratyan"larının çoxsayda bağlamaları var idi. Ən yaxşı halda onlar əski-üskü kimi istifadə olunurdu. Həqiqətən ümumxalq həmrəyliyi fonunda belə münasibət görmək təhqiredici və iyrənc idi", - o bildirib.
Spitak və Leninakanda işləyən xilasedicilərin xatirələri Şurıqinin sözləri ilə üst-üstə düşür: "Dağıntılar üzərində işləyən çox az yerli sakin var idi: əsasən hərbçilər və könüllülər idi. Dərhal cəfəng şayiələr yayılmağa başladı: deyirdilər ki, rusiyalı hərbçilər geofiziki silahları sınaqdan keçiriblər - məqsədləri ermənilərin diqqətini Qarabağdan yayındırmaqdır. Hələ insanların sağ tapılması üçün ümidin olduğu bir zamanda fransalı xilasedicilərin o vaxtkı ən son model avadanlıqlarını oğurladılar. Bəs naməlum meyitlərlə, hətta müayinəsiz tanımaq mümkün olmayan meyitlərin iki cüt valideynləri meydana çıxırdı, çünki hər ölən şəxs üçün 200 rubl lazım idi".