Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 12:46
Ankarada Buse D. pul qarşılığında cinsi əlaqədə olmaq üçün aşpaz E.Y.M.-lə razılaşıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Y.M hadisə baş verən gün Buse D. ilə telefonla pul müqabilində cinsi əlaqədə olmağa razılaşdığını və evə gələndə fotodakı qadının o olmadığı üçün onu qapıdan geri göndərmək istədiyini deyib.
E.Y.M bildirib ki, aralarında yaranan mübahisədən sonra qadının 3 rəfiqəsi onun evinə soxularaq evdə olan qiymətli əşyaları və tutuquşularını aparıb.
Hadisədən 3-4 gün sonra tutuquşularını geri götürdüyünü və təqsirləndirilən şəxslərin bütün itkilərini ödədiyini bildirən E.Y.M şikayətindən imtina etdiyini bildirib.