Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

9 ildir komada yatan aparıcı ilə arxiv görüntüsünü paylaşdı - FOTOlar

9 ildir komada yatan aparıcı ilə arxiv görüntüsünü paylaşdı - FOTOlar

Tarix: 13 Dekabr 2023 14:10

Türkiyəli aktrisa Nilgün Belgün 9 ildir komada yatan məşhur aparıcı Kenan Işıkla bağlı paylaşım edib.

Milli.Az baku.ws -ə istinadən xəbər verir ki, o instaqram hesabında Kenanla arxiv fotosunu paylaşıb. Sözügedən şəkil 1995-ci ildə çəkilib.

Nilgün fotoya bu sözləri də əlavə edib:

"Albomda Kenan Işıkla fotoma rast gəldim. Foto 1995-ci ildə çəkilib.

Həmin vaxt "Matruşka" adlı tamaşada oynayırdıq. Rejissorumuz Kenan Işık idi. O əla tamaşa rejissorudur. O qədər məşq etdim ki, yorğunluqdan yıxıldım. Qala gecəsində güzgüyə elə bir yazı yazmışdı ki, onu heç vaxt unutmayacağam. Bu yazını gördüm və o qədər həyəcanlandım ki...

Mən səhnəyə çıxdım və o gecə rolumu ən yaxşı formada oynadım. İlk təbrikə gələn rejissorumuz Kenan Işık oldu. Bu məqaləni yazarkən də eyni hisslərlə yazmışam".

Xatırldaq ki, Kenan Işık 2014-cü ildə beyin qanaması keçirib. O gündən aktyor komadadır.

Onun səhhəti ilə bağlı son məlumatı yaxın dostu Ozan Zeybek yayıb:

"Kenan Işık necə görmüşdünüzsə, elədir. Artıq apreldə komada yatmasının 9 ili tamam olacaq. Yaxınları və ailəsi ona çox yaxşı baxırlar. Hər gün üzü qırxılır, həkim məsləhətinə uyğun qida qəbul edir. Adətən yataq xəstəsi olan insanlarda bəzi yaralar meydana gəlir. Lakin Kənanı sonuncu dəfə necə görmüşdünüzsə elədir".

Milli.Az


Etiketlər:  9 ildir komada yatan aparıcı ilə arxiv görüntüsünü paylaşdı FOTOlar


RƏYLƏR