Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigerdəki fransız əsgərləri bu tarixədək ölkəni tərk edəcək

Nigerdəki fransız əsgərləri bu tarixədək ölkəni tərk edəcək

Tarix: 14 Dekabr 2023 07:46

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi hökumət bütün fransız əsgərlərinin dekabrın 22-dək ölkəni tərk edəcəyini açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada dünəndən etibarən ölkədə olan 1500-ə yaxın əsgərdən 1346-nın Nigeri tərk etdiyi, 157 əsgərin isə sözügedən tarixə qədər ölkəni tərk edəcəyi bildirilib.

Qeyd edək ki, iyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi hökumət Fransa ilə hərbi müqavilələrə xitam verib və fransız əsgərlərinin ölkəni tərk etməsini tələb edib.

Daha sonra Fransa Prezidenti Emmanuel Makron fransız əsgərlərinin oktyabr ayından başlayaraq ilin sonuna qədər ölkəni tamamilə tərk edəcəklərini açıqlayıb.


Etiketlər:  Nigerdəki fransız əsgərləri tarixədək ölkəni tərk edəcək


RƏYLƏR