Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyevlə Serjin arasında qalmışdım: Günah Nikolda deyil!

Əliyevlə Serjin arasında qalmışdım: Günah Nikolda deyil!

Tarix: 14 Dekabr 2023 23:24

Bəli, biz haradasa səhv etmişik, bəli, haradasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Ermənistan və Azərbaycanda bu baş verməzdi, əgər haçansa deyilənlərə qulaq assaydılar. Bunda Paşinyanın günahı yoxdur. Bütün bunları miras aldı. Mən Əliyevlə Serj Sərkisyanın arasında qaldım və açıq şəkildə təklif etdim: "Bu gün nəyin mümkün olduğunu, nəyin edilə biləcəyini qərara almalıyıq". Bunu etmədilər - cavabını aldılar.

Ermənistan daha yaxşımı oldu? Bu, heç Azərbaycan üçün asan deyil", - o bildirib.


Etiketlər:  Əliyevlə Serjin arasında qalmışdım Günah Nikolda deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ