Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nostradamusun 2024-cü il üçün proqnozları açıqlandı - Çin, müharibə... - FOTOlar

Nostradamusun 2024-cü il üçün proqnozları açıqlandı - Çin, müharibə... - FOTOlar

Tarix: 15 Dekabr 2023 04:32

Astrologiyadan yararlanaraq dəqiq zaman məlumatlarından istifadə edən Nostradamus proqnozları ilə yenidən gündəmdədir.

Milli.Az Türkiyə mətbuatına istinadən Nostradamusun 2024-cü il üçün proqnozlarını təqdim edir.

KRAL ÇARLS VƏZİFƏDƏN UZAQLAŞDIRILACAQ

Kraliça Elizabetin ölümünü proqnozlaşdıran Oracle-ın 2024-cü ildə kral Çarlzın vəzifəsindən uzaqlaşdırılacağını proqnozlaşdırdığı bildirilib.

Sənədlərdə "Adalar kralı zorla vəzifəsindən uzaqlaşdırılacaq" ifadəsi işlədilsə də, Reading bunun yaxın zamanda taxta çıxan Kral Çarlzın vəzifədən uzaqlaşdırılması anlamına gələcəyini iddia edib.

ÇİN MÜHARİBƏYƏ GİRƏCƏK

Nostradamusun "Qırmızı düşmənlər qorxudan solğunlaşacaq və Böyük Okeanda təhlükə yaranacaq" proqnozu kimi dərc edilib. Bu Çinin "qırmızı düşmən" olaraq göstərildiyi iddia edilərkən, Çinin dənizdə döyüşə girə biləcəyi bildirilib.

İQLİM BÖHRANI

Nostradamusun sənədlərində aşağıdakı ifadələr yer alıb: "Dünya tədricən quruyacaq və biz böyük daşqınlar görəcəyik. Aclıq və quraqlıq baş verəcək".

YENİ PAPA GƏLƏCƏK

Nostradamus həmçinin katolik dünyasının 2024-cü ildə yeni Papa seçəcəyini proqnozlaşdırıb. Sənədlərdə "Qoca Papanın ölümündən sonra yeni və gənc Romalı seçiləcək. Onu zəif görsələr də, uzun müddət vəzifədə qalacaq" deyilib.

Milli.Az


Etiketlər:  Nostradamusun 2024 il üçün proqnozları açıqlandı Çin müharibə FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ