Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransızların 66 faizi hökumət başçısının dəyişməsini istəyir

Fransızların 66 faizi hökumət başçısının dəyişməsini istəyir

Tarix: 15 Dekabr 2023 04:46

Fransızların üçdə ikisi - 66 faizi ölkənin baş naziri Elizabet Bornun dəyişməsini istəyir.

Milli.Az "report"a istinadən bildirir ki, bunu BVA tədqiqat mərkəzinin sorğusu göstərir.

"Fransızların 66 faizi prezidentin baş naziri əvəz etməsini istəyir (iyun ayı ilə müqayisədə +6 faiz)", - BVA-nın məlumatında qeyd olunub.

Bildirilib ki, solçu partiyalar arasında 71, "Milli Birlik" Partiyasının tərəfdarları arasında isə baş nazirin dəyişməsini istəyənlər 83 faiz təşkil edib.

Sorğuya əsasən, hazırkı baş nazirin reytinqi 30 (iyun ayı ilə müqayisədə -2 faiz), prezident Emmanuel Makronun reytinqi isə 32 faiz (iyun ayı ilə müqayisədə -2 faiz) təşkil edir.

Milli.Az


Etiketlər:  Fransızların 66 faizi hökumət başçısının dəyişməsini istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ