Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni konsert verərkən səhnədə öldü - VİDEO - FOTO

Məşhur müğənni konsert verərkən səhnədə öldü - VİDEO - FOTO

Tarix: 15 Dekabr 2023 09:10

Braziliyada dini tədbirdə səhnədə mahnı oxuyan sənətçi infarktdan dünyasını dəyişib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyada 30 yaşlı sənətçi Pedro Henrike internetdə yayımlanan dini tədbirdə səhnədə mahnı oxuyarkən ürək tutmasından dünyasını dəyişib.

Henrike mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb və tamaşaçılar dərhal kömək üçün səhnəyə qaçıblar.

Henrikenin yerə yıxıldığı anlar kameralara düşüb.

Hər kəs tərəfindən şən və sevilən biri kimi tanınan Henrikenin evli olduğu və 1 aylıq bir qızı olduğu açıqlanıb.

Milli.Az


Etiketlər:  Məşhur müğənni konsert verərkən səhnədə öldü VİDEO FOTO


RƏYLƏR