Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndidəki oyuna görə metronun iş rejimi dəyişdiriləcək

Xankəndidəki oyuna görə metronun iş rejimi dəyişdiriləcək

Tarix: 15 Dekabr 2023 10:20

Dekabrın 21-də Bakı metrosunun iş rejimində dəyişiklik edəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, qurumun bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

"Bakı metropoliteni futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın "Qarabağ" və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, iş rejimində dəyişiklik ediləcək.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq".

Milli.Az


Etiketlər:  Xankəndidəki oyuna görə metronun rejimi dəyişdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ