Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan futzal millisi bu yığmaya qarşı oynayacaq

Azərbaycan futzal millisi bu yığmaya qarşı oynayacaq

Tarix: 15 Dekabr 2023 14:10

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu komanda Rumıniya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Qazaxıstan 5 oyundan sonra 15 xalla qrupda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və Azərbaycan millisi isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.

Milli.Az


Etiketlər:  Azərbaycan futzal millisi bu yığmaya qarşı oynayacaq


RƏYLƏR