Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da ara qarışdı: Oyuna getməmək üçün Dekonu aldadıb

''Barselona''da ara qarışdı: Oyuna getməmək üçün Dekonu aldadıb

Tarix: 15 Dekabr 2023 22:26

"Barselona"nın futbolçusu Frenki de Yonq klubun idman direktoru Dekonu aldadıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirlir ki, De Yonq Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən "Antverpen" ilə matça (2:3) xəstə olduğunu əsas gətirərək yollanmasa da, portuqaliyalı funksioner buna inanmayıb.

Mənbənin bildirdiyinə görə, Deko hava limanında de Yonqa zəng vurub və onun Belçikaya yollanan komanda ilə olmamasının səbəbini soruşub. Niderlandlı futbolçu cavab verib ki, xəstədir, qızdırması var. Kataloniya klubunun idman direktoru bunu bəhanə sayaraq inanmayıb.

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasında 12 xal toplayaraq qrupda birinci yeri tutub və turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Bu mövsüm de Yonq bütün turnirlərdə 11 matçda iştirak edib və bir qol vurub.

Milli.Az


Etiketlər:  Barselonada qarışdı Oyuna getməmək üçün Dekonu aldadıb


RƏYLƏR