Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zukerberq Qiyamət gününə hazırlaşır: Yeraltı bunker tikir

Zukerberq Qiyamət gününə hazırlaşır: Yeraltı bunker tikir

Tarix: 15 Dekabr 2023 23:30

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq Havaydakı tam məxfi obyektində yeraltı bunker tikir.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, layihə sənədlərini WIRED nəşri əldə edib.

Kompleks 5,6 milyon kvadratmetr ərazini əhatə edir.

Onun ərazisində beş min kvadratmetr sahəsi olan 30 yataq otağı və vanna otağı olan iki malikanə, həmçinin ofislər, konfrans otaqları və liftlər olacaq.

İki mərkəzi binanı öz enerji mənbələri və qidası olan 465 kvadratmetrlik sığınacağa aparan yeraltı tunel birləşdirəcək. Sahibinin ixtiyarında nasos sistemi ilə 28 min litr su üçün bir çən var.

Milli.Az


Etiketlər:  Zukerberq Qiyamət gününə hazırlaşır Yeraltı bunker tikir


RƏYLƏR