Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail polisi türk fotomüxbiri döydü

İsrail polisi türk fotomüxbiri döydü

Tarix: 16 Dekabr 2023 15:52

İsrail polisi Qüdsdə Türkiyənin "Anadolu" xəbər agentliyinin fotomüxbiri Mustafa Harufu döyüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" xəbər verir.

Hadisə Şərqi Qüdsdə baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Harufun yanında olan operator Faiz Əbu Rumail də hücuma məruz qalıb.

Almaniyanın Təl-Əvivdəki səfiri Steffen Seibert polisin davranışını dəhşətli və çox narahatedici adlandırıb. "İsrail polisi öz vətəndaşlarının təhlükəsizliyinə belə xidmət edirmi?", diplomat hadisəni şərh edib.

Milli.Az


Etiketlər:  İsrail polisi türk fotomüxbiri döydü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ