Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçu huşunu itirdi, oyun ləğv oluundu

Futbolçu huşunu itirdi, oyun ləğv oluundu

Tarix: 16 Dekabr 2023 21:28

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirməsi olub.

29 yaşlı futbolçu özündən gedib və qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra arbitrlər komandası bugünkü görüşü ləğv etmək qərarına gəlib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.

Milli.Az


Etiketlər:  Futbolçu huşunu itirdi oyun ləğv oluundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ