Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 02:46
"Lill"in mərkəz müdafiəçisi Leni Yoro karyerasını İspaniyada davam etdirə bilər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Madrid Zone" yayıb.
Mənbənin məlumatına görə, noyabrda 18 yaşını qeyd edən futbolçuya iddialılar arasında "Real Madrid" də var. "Kral klubu" Yoronun Rafael Varanın yolu ilə getməyə qadir olduğuna inanır - o da Fransadan köçərək gənc yaşda "Real"ın sıralarına qoşulub.
"Lill" futbolçunu saxlamaq niyyətindədir, ona görə də onun üçün ən azı 50 milyon avro tələb edəcəklər. PSJ də perspektivli mərkəz müdafiəçisi ilə müqavilə bağlamaqda maraqlıdır.
Leni Yoro bu mövsüm "Liqa 1"-də 19 matça çıxaraq 3 qol vurub. "Transfermarkt" fransız futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.