Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynin sözünə hansı hallarda itaət etməmək olar?

Valideynin sözünə hansı hallarda itaət etməmək olar?

Tarix: 17 Dekabr 2023 05:56

İslam dini valideyn haqlarını ciddi şəkildə qoruyur. Dinimizdə valideynin haqqı ən mühüm məsələlərdən biridir. Qurani-Kərimdə Allahdan sonra valideynə itaət etmək, ata-ananın sözündən çıxmamaq, onların üzünə ağ olmamaq, hətta onlara "uf" deməmək əmr olunur. Dünya və axirət cəzasına səbəb olan böyük günahlardan biri də ağvalideynlikdir. Amma valideynə itaətin də həddi-hüdudu vardır. Belə ki, valideyn haqqı Allahın haqqından üstün tutulmamalıdır. Əgər valideyn öz övladını Allaha itaətdən uzaqlaşdırırsa, Allahın əmr və qadağanlarını pozmağa məcbur edirsə, bu halda övladın ona qulaq asmamaq icazəsi vardır. Məsələn, öz övladını araq içməyə təhrik edən və araq almağa göndərən, hicabını açmağa məcbur edən, namaz qılmasına mane olan valideynin istəklərinə əməl etmək lazım deyil. Lakin bu itaətsizlik yalnız həmin məsələlərdə büruza verilməlidir. Digər məsələlərdə yenə valideynə ehtiram göstərmək övladın vəzifəsidir. Günah işlərdə valideynə itaətsizliyi də kobud şəkildə, onların qəlbini qıracaq formada etmək icazəli deyil.


Etiketlər:  Valideynin sözünə hansı hallarda itaət etməmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ