Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toyda qonağın zarafatı gəlini ölümlə üz-üzə qoydu - VİDEO

Toyda qonağın zarafatı gəlini ölümlə üz-üzə qoydu - VİDEO

Tarix: 17 Dekabr 2023 09:46

Çində zarafat məqsədilə otağa atılan tüstü bombası səbəbindən gəlin öz toy günündə az qalıb ki, boğulsun.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisənin videosunu "Newsflare" yayımlayıb.

Hadisə gəlinin dostları və qohumlarının onun qaldığı otağın qapısını tutması, bəyin fidyə ödəmədən ora çatmağa çalışdığı mərasim oyunu səbəbindən baş verib. Bəyin qonaqlarından biri oyunun gedişatını pozmaq qərarına gələrək zarafat edib.

Yersiz zarafat az qalıb ki, faciəyə səbəb olsun. Tüstü o qədər qatı olub ki, qız boğulmağa və öskürməyə başlayıb. Xoşbəxtlikdən heç kim zərər çəkməyib.

Milli.Az


Etiketlər:  Toyda qonağın zarafatı gəlini ölümlə üz üzə qoydu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ