Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA xəbərdarlıq etdi: Sabahdan etibarən yer kürəsində…

NASA xəbərdarlıq etdi: Sabahdan etibarən yer kürəsində…

Tarix: 17 Dekabr 2023 10:46

NASA son 6 ildəki ən güclü Günəş partlayışının yaşandığını açıqlayıb.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı insanlara xəbərdarlıq edilib.

Məlumata görə, partlayışın geomaqnit təsiri sabahdan etibarən yer kürəsində hiss ediləcək.

Avstraliyanın mərcan adaları yox olmaq ərəfəsindədir

Avstraliyanın dəniz sərhədlərində yerləşən 10-dan çox mərcan adası yox olma təhlükəsi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, nəticələri "Science of the Total Environment" jurnalında dərc olunan tədqiqatlar ümumilikdə 56 mərcan adasını əhatə edib, iqlim dəyişikliyi və su səviyyəsinin yüksəlməsinin adalara təsiri araşdırılıb.

Tədqiqatlar zamanı məlum olub ki, dəniz suyunun səviyyəsinin yüksəlməsi adaların mövcudluğunu təhlükə altında qoyur. Şimali Avstraliya şelfində yerləşən 3 mərcan adasına iqlim dəyişikliyin təsiri çox yüksək qiymətləndirilib.

Mərcan dənizində Kvinslend sahillərində yerləşən daha 11 ada da yüksək riskli kimi təsnif edilib.

Adaların yoxa çıxması dəniz sərhədlərinə də təsir göstərəcək.

Milli.Az


Etiketlər:  NASA xəbərdarlıq etdi Sabahdan etibarən yer kürəsində


RƏYLƏR