Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 11:44
Türkiyədə 27 dekabr tarixində böyük şəhərlərin bələdiyyə sədrliyinə namizəd olanların adları açıqlanacaq.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dekabrın 27-də Türkiyə Böyük Millət Məclisinin AK Parti iclasında bələdiyyə sədrlərinin ilk namizəd qrupunun təqdim edilməsi planlaşdırılır.
Hərtərəfli tədimat isə yanvar ayında keçiriləcək.
Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.