Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysel Əlizadə: "4 il ona görə susdum ki..." - VİDEO

Aysel Əlizadə:

Tarix: 17 Dekabr 2023 19:40

Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan qalmaqallı məhkəmə prosesindən söz açıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bu günə kimi məsələ ilə bağlı susmasının səbəbinə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada aydınlıq gətirib.

"4 il yarımdır ki, proses davam edir. Bu, təkcə mənim qalibiyyətim deyil. Haqqımda verilmiş qərar, dövlətin qanunlarının həqiqətən keçərli olmasının sübutu və hər kəsin hüququnu müdafiə etməsinin təminatıdır. Bu günə kimi susdum, yüz söz dedilər, şərhlər yazdılar. Yazdılar ki, niyə cavab vermirsən, demək doğrudur. Susmağımın səbəbi budur. Heç kimlə deyişmirəm, artıq-əskik cavab vermirəm, məsələni qanunla həll edirəm. Haqqımda yazılan təhqirlərə cavab verməyə nə tərbiyəm, nə səviyəm icazə verir. Dünyada ağ, qara, pis, yaxşı deyilən anlayış var. Düşüncəsi pis və ya yaxşı olan insanlar var. Normaldır, normal da qarşılayıram. Şantajlı şərhlər yazırlar. Camaat sevir məhkəmələrdə olsun, sürünsün. Qanun qarşısında aciz qalıb, şantajlara keçmək...", - deyə Aysel vurğulayıb.

Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın "Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq Aysəl Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. 

Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.

Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir. 

Milli.Az


Etiketlər:  Aysel Əlizadə 4 il ona görə susdum ki VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ