Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 21:16
Yəmən husilərinin davamlı hücumları Qırmızı dənizdə gəmiçiliyin dayandırılmasına təsir edib. Artıq dördüncü ən böyük Avropa şirkəti Süveyş kanalı vasitəsilə müxtəlif yüklərin daşınmasından imtina edib.
Sonxeber.net Musavat.com-a istinadən xəbər verir ki, bu, bütün dünya üçün böyük iqtisadi itkilərlə nəticələnəcək.
Məlumata görə, Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır.
Qeyd edək ki, dekabrın 12-də atılan raket Norveç tankerinə, bir gün sonra isə Marşal adalarının bayrağı altında üzən neft-kimya tankerinə dəyib. Bunun fonunda neftin qiymətində sıçrayış baş verib və nəqliyyat xərcləri artıb.
Belə ki, husilərin artan hücumları səbəbindən dünyanın ən böyük logistika şirkətləri (Danimarkanın "Maersk", Almaniyanın "Hapag-Lloyd", Fransanın "CMA CGM") Qırmızı dənizdəki fəaliyyətlərini məhdudlaşdırmağa başlayıb.