Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 01:21
Roskacestvanın ekspertləri balqabaq yağının müsbət və mənfi tərəflərini araşdırıblar.
Sonxeber.net "medicina"ya istinadən xəbər verir ki, balqabaq tumlarında 47% yağ vardır ki, onun tərkibi lütein, karotin və turşular vardır.
Balqabaq yağını ürək-damar xəstəliklərinin profilaktikası, ateroskleroz, xolesterin və iltihabi proseslərdə istifadə etmək olar.
Roskacestvo yağın istifadəsi ilə bağlı tövsiyələr verib.
Selen və E vitamini sayəsində orqanizmdə sərbəst radikallar zərərsizləşir, erkən qocalmanın qarşısı alınır. Amma bu yağı hər gün və yüksək dozalarda icmək olmaz.
Çünki bu yağ allergik reaksiyaya səbəb ola bilər. Qəti şəkildə öd kisəsi daşı, qastrit, pankreatit və mədə-bağırsaq problemi olanlara olmaz.
Əvəzində balqabaq tumları yeyə bilərsiz: o, maqniy mənbəyidir. Balqabaq tumu sinir sistemi üçün relaksdır, yuxunu bərpa edir, neyromediatorları tənzimləyir.
Eləcə də tumlar triptofan, amin turşusu tərkiblidir. Triptofan yuxusuzluq və depressiyanı müalicə edir.Eləcə də maqniydən əlavə kalium, dəmir, marqans da var. Ona görə tumlar beyindən tutmuş sümülərə kimi möhkəmlədir.
Müntəzəm balqabaq tumu yedikdə xolesterin, təzyiq düşür.