Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Çinə polad məhsulları ixracını artırıb

Türkiyə Çinə polad məhsulları ixracını artırıb

Tarix: 18 Dekabr 2023 09:44

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artıraraq 34,5 milyon dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Çinə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 34,7 faiz azaldaraq 2,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 13,5 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,6 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.


Etiketlər:  Türkiyə Çinə polad məhsulları ixracını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ