Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rekorda imza atdı - Holand da bunu bacarmamışdı

Rekorda imza atdı - Holand da bunu bacarmamışdı

Tarix: 18 Dekabr 2023 12:06

"Bayern Münhen" Almaniya çempionatının 15-ci turunda "Ştutqart" üzərində inamlı (3:0) qələbə qazanıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Mühnen nəhənginin ulduz hücumçusu Harri Keyn prinsipial matçda iki qol vurub. 

"Opta"Nın hesablamasına görə, bununla da Keyn Bundesliqada rekord reallaşdırıb. O, bu mövsüm 14 matçda 20 qol vurub. Daha əvvəl heç bir futbolçu bunu bacarmayıb. Hazırda "Mançester Siti"də çıxış edən qoleador Erlinq Holand vaxtilə "Borussiya Dortmund"da 20 qol həddinə çatmaq üçün ona 22 oyun lazım gəlib.

Harri Keyn "Bayern"ə yay transfer pəncərəsində qoşulub. Hücumçu 95 milyon avroya London "Tottenhem"indən transfer olunub.

Münhen klubu Almaniya çempionatında lider "Bayer Leverkuzen"dən 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Rekorda imza atdı Holand da bunu bacarmamışdı


RƏYLƏR