Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan da Orbana TOGG avtomobili hədiyyə etdi

Ərdoğan da Orbana TOGG avtomobili hədiyyə etdi

Tarix: 18 Dekabr 2023 20:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin rəsmi saytı məlumat verib.

Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana "HU TR-100" dövlət nömrə nişanlı TOGG elektrik avtomobili hədiyyə edib. Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Viktor Orbanın dəvəti ilə Macarıstana rəsmi səfərə gəlib.

Bu gün səhər saatlarında Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə də görüşüb.

Milli.Az


Etiketlər:  Ərdoğan da Orbana TOGG avtomobili hədiyyə etdi


RƏYLƏR