Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq

“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq

Tarix: 18 Dekabr 2023 23:34

"Qarabağ"ın futbolçusu Kevin Medina UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu "Braqa" ilə keçiriləcək oyunları buraxacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kolumbiyalı müdafiəçi 4 aylıq sıradan çıxıb: "Medina fevrala hazır olmayacaq. Əməliyyatdan sonra bizə məlumat verdilər ki, təxminən 4 ay olmayacaq. Mütləq onun yerinə transfer edəcəyik kimi hədəf qoymamışıq. Amma yaxşı oyunçu olarsa, "yox" demərik. Bəzən elə variant olur ki, onu əldən buraxmaq istəmirik".

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağın müdafiəçisi Braqa ilə oyunları buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ