Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana bu qədər peyvənd ixrac etmişik - Yumaklı

Azərbaycana bu qədər peyvənd ixrac etmişik - Yumaklı

Tarix: 19 Dekabr 2023 06:32

2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Əhməd Gümen imzalayıblar.

Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli birvalentli dabaq peyvəndini ödənişsiz verəcək.

Milli.Az


Etiketlər:  Azərbaycana qədər peyvənd ixrac etmişik Yumaklı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ