Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Braqa'' ''Qarabağ''ın ''dişinə görə'' rəqibdir''

''Braqa'' ''Qarabağ''ın ''dişinə görə'' rəqibdir''

Tarix: 19 Dekabr 2023 10:06

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. 

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Zaur Ramazanovla əlaqə saxlayıb dünən keçirilən püşkatmanın nəticəsi barədə fikirlərini öyrəndik.

Sonxeber.net bildirir ki, onun fanat.az-a açıqlaması belə oldu: 

"Qarabağ"a pis rəqib düşməyib. Mərhələni keçə bilər. Digər rəqiblərə baxanda, bu klub nisbətən yaxşıdır. Rəqib "Qarabağ"ın "dişinə görə"dir. Mənə elə gəlir ki, birinci matçdan çox şey aslı olacaq. Birinci oyunun nəticəsindən bilinəcək keçə bilərik, ya yox. Mən inanıram ki, "Qarabağ" mərhələni keçəcək".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk görüşünü gələn il fevralın 15-də səfərdə keçirəcək və matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.

Bu cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.


Etiketlər:  Braqa Qarabağın dişinə görə rəqibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ