Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sorosçu”lar Paşinyandan nazirin istefasını tələb edir

“Sorosçu”lar Paşinyandan nazirin istefasını tələb edir

Tarix: 19 Dekabr 2023 12:20

Ermənistan hakimiyyətinin bir sıra üzvləri iqtisadiyyat naziri Vaan Kerobyana qarşı kampaniya aparır, Baş nazir Nikol Paşinyandan onun istefasını tələb edir.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "Hraparak" nəşri hakimiyyətə yaxın mənbələrə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, onlar Kerobyanı "rus casusu" hesab edir. Onların fikrincə, Kerobyan Qərbin sanksiyalarına görə Rusiyaya ixracına icazə verilməyən malların Ermənistandan və ya Ermənistan vasitəsilə bu ölkəyə çatdırılmasına icazə verir.

"Hakimiyyətdəki "sorosçu"lar çoxdan Paşinyanın Kerobyandan qurtulmasını birbaşa tələb edir, lakin indi Kerobyan Baş nazirin himayəsi altındadır", - qəzet qeyd edir.

Milli.Az


Etiketlər:  Sorosçular Paşinyandan nazirin istefasını tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ