Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan İran PUA-larına görə YENİ SANKSİYA

ABŞ-dan İran PUA-larına görə YENİ SANKSİYA

Tarix: 20 Dekabr 2023 07:16

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentləri İranın pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan bir sıra ölkələrin hüquqi və fiziki şəxslərinə qarşı sanksiya tətbiq edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici Aktivlərə Nəzarət İdarəsi dekabrın 19-da İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşən 10 hüquqi şəxs və 4 fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Onlar İran PUA-larının istehsalını dəstəkləyirlər.

Siyahıya üç İran vətəndaşı və bir İndoneziya vətəndaşı daxildir. Bundan əlavə, siyahıya dörd İran şirkəti, Malayziyada qeydiyyatdan keçmiş dörd təşkilat, həmçinin Honq-Konqda və İndoneziyada qeydiyyatdan keçmiş bir şirkət daxildir.

Milli.Az


Etiketlər:  ABŞ İran larına görə YENİ SANKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ