Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dumadan ŞOK TƏKLİF: pedofillər axtalana bilərlər

Dumadan ŞOK TƏKLİF: pedofillər axtalana bilərlər

Tarix: 20 Dekabr 2023 07:36

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı pedofillərin kimyəvi axtalanması (kastrasiya) məsələsinə qayıtmağı təklif edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə URA məlumat yayıb.

Vıborninin sözlərinə görə, qadağanın tətbiqi ilə eyni vaxtda onun pozulması faktının qeydə alınması və məsuliyyətin sərtləşdirilməsi məsələsi üzərində işləmək məsləhətdir.

Daha əvvəl bildirilib ki, hökumət komissiyası pedofillərin uşaqların toplaşdığı yerlərə yaxınlaşmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Qadağa inzibati nəzarət tədbirlərindən biri kimi qanunla təsbit edilə bilər.

Təşəbbüsün müəllifi Rusiya Daxili İşlər Nazirliyi olub. Pedofillər üçün qapalı yerlər arasında məktəblər, uşaq düşərgələri, həmçinin oyun və idman meydançaları var.

Milli.Az


Etiketlər:  Dumadan ŞOK TƏKLİF pedofillər axtalana bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ