Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 10:38
Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland "FourFourTwo"nun versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəticə jurnalın saytında təqdim olunub.
Belə ki, Böyük Britaniya jurnalı dünyanın ən yaxşı 100 futbolçusunun siyahısını hazırlayıb.
Reytinqdə ikinci yeri Cud Bellinqem ("Real"), üçüncü yeri Harri Keyn ("Bavariya"), dördüncü Kilian Mbappe (PSJ), beşinci Rodri ("Mançester Siti"), altıncı yeri Lionel Messi ("İnter Mayami") tutub. Yeddinci - Bernardo Silva ("Mançester Siti"), səkkizinci - Məhəmməd Salah ("Liverpul"), doqquzuncu - Antuan Qrizmann ("Atletiko Madrid"), onuncu - Vinisius Junior ("Real Madrid") olub.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilk 100-lüyə daxil edilməyib.