Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Slovakiyalı ekspert: Azərbaycan Gimnastika Federasiyası aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib

Slovakiyalı ekspert: Azərbaycan Gimnastika Federasiyası aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib

Tarix: 8 Noyabr 2019 16:16

Bakı. Cani Babayeva - Trend:

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının aerobika gimnastikası üzrə ikinci səviyyəli məşqçilik kurslarının təşkili yüksək səviyyədədir.

Bunu Trend-ə kursların rəhbəri, FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim, Avropa Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə Texniki komitəsinin üzvü Olqa Kiseloviçova deyib.

O bildirib ki, kurslar Bakıda ikinci dəfə keçirilir:

“Ötən il biz birinci səviyyəli kurslar keçirdik və o kurslardan uğurla keçən iştirakçılar indi ikinci səviyyəli kurslarda iştirak edir. Kurslarda 6 ölkədən - Azərbaycan, Argentina, Meksika, İran, Moldova və Ukraynadan 19 məşqçi iştirak edir. Şadam ki, kurslar yenidən Bakıda keçirilir, çünki Azərbaycan Gimnastika Federasiyası iş üçün gözəl şərait yaradır və bu cür tədbirləri yaxşı təşkil edir”.

O.Kiseloviçova Azərbaycan gimnastlarının aerobika gimnastikası üzrə hazırlıq səviyyəsinə yüksək qiymət verib:

“Mən bu ilin mayında Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında texniki komitənin üzvü qismində iştrak etmişəm. Deyə bilərəm ki, Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün zəruri şərait yaradıb. Artıq yaxşı nəticələr də əldə olunub. Azərbaycan komandası Avropa çempionatında aero-dans proqramında birinci yer tutub”.


Etiketlər:  Slovakiyalı ekspert Azərbaycan Gimnastika Federasiyası aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ