Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı – SON QİYMƏTLƏR

Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı – SON QİYMƏTLƏR

Tarix: 21 Dekabr 2023 15:00

Son aylarda Azərbaycandan xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində azalma müşahidə edilir. 

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, qiymətin azalması dinamikası həm MDB ölkələrinə, həm də digər xarici ölkələrə uçuş xidmətlərində baş verir. 

2023-cü ilin avqustunda təyyarə biletlərində qiymətlər son ayların ən yüksək həddinə çatmışdı. Həmin tarixdə MDB ölkələrinə uçuş qiyməti orta hesabla 1099 manat, digər xarici ölkələrə 1141 manat idi. Noyabrda orta qiymətlər MDB ölkələrinə 528,1 manata, digər xarici ölkələrə 641,1 manata düşüb. 

Son 3 ay ərzində MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 2,08 dəfə (571 manat), digər ölkələrə sərnişindaşıma qiyməti 1,78 dəfə (500 manat) düşüb. 

Xaricə səfər etmək istəyən insanlar üçün təyyarə biletlərinin kəskin ucuzlaşması əlverişlidir. Çünki quru sərhədləri bağlı olduğundan xaricə səfər etmək istəyənlər yalnız hava nəqliyyatından istifadə etmək imkanına sahibdir.

Milli.Az


Etiketlər:  Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı SON QİYMƏTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ