Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xankəndidəki oyun tarixi və unudulmaz bir hadisədir" - Rəşad Məcid

Tarix: 21 Dekabr 2023 22:20

"Məncə, bu gün təkcə futbol tarixinin yox, Azərbaycan tarixinin ən möhtəşəm gümlərindən biridir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "İctimai TV"də yayımlanan "Sabaha saxlamayaq" verilişinə açıqlamasında bu gün Xankəndidə keçirilən "Qarabağ" - MOİK matçı haqqında danışarkən deyib.

Matçı Xankəndidə canlı izləyən R.Məcid bu görüşü unudulmaz və tarixi hadisə adlandırıb: "Həssas, göz yaşardan məqamlar oldu. Xankəndidə, "Qarabağ" - MOİK oyununun açılışında topa ilk toxunuşu Azərbaycan Prezidenti İlham Əliyev etdi. Bundan əvvəl isə çıxış edərək bildirdi ki, artıq sentyabr ayının 20-dən Xankəndi və digər bölgələrimiz separatçılardan azad olunub. Bu şəhər Azərbaycanın maliyyəsi ilə, Azərbaycan memarlarının əməyi sayəsində tikilib. Bu stadion da artıq təmir olunub, belə gözəl vəziyyətə gətirilib. "Qarabağ" - MOİK oyununun Xankəndidə keçirilməsinin dərin bir mənası var. "Qarabağ" Ağdamın, Qarabağın işğal altında olduğu dövrlərdə bütün dünyada Qarabağ adını yayıb və bizə qürur gətirən bir komanda olub. MOİK isə ordumuzun komandasıdır, yeni və gənc komandadır. "Qarabağ"la MOİK-in Xankəndidə çıxış etməsi tarixi və unudulmaz bir hadisədir".

Rəşad Məcid qeyd edib ki, Azərbaycan komandalarının Xankəndi şəhər stadionunda və bir neçə ay sonra inşa ediləcək "İmarət" stadionunda dünyanın məşhur klubları ilə qarşılaşmasını arzulayır: "Bundan sonra biz bu stadionda çoxlu gözəl oyunların şahidi olacağıq. Mən çox arzu edirəm ki, "Qarabağ"ın göstərdiyi gözəl oyun, qazandığı qələbələr digər komandalarımıza da siraət etsin. Cənab Prezident bəyan etdi ki, Ağdamda "İmarət" stadionunun əsası qoyulacaq. Arzu edirəm ki, həm Xankəndidə, həm də "İmarət" stadionunda Azərbaycan komandaları dünyanın məşhur futbol komandalarını qəbul etsinlər, tamaşaçılar isə bugünkü kimi, böyük ruh yüksəkliyi ilə onları dəstəkləsinlər".

Milli.Az


Etiketlər:  Xankəndidəki oyun tarixi unudulmaz bir hadisədir Rəşad Məcid


RƏYLƏR