Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Finlandiya vətənə qayıtmağa razı olan qaçqınlara ödənişləri 25 dəfə artıracaq

Finlandiya vətənə qayıtmağa razı olan qaçqınlara ödənişləri 25 dəfə artıracaq

Tarix: 22 Dekabr 2023 06:10

Finlandiya Daxili İşlər Nazirliyi ölkədə müdafiədən imtina edərək vətənlərinə könüllü qayıtmağa razı olan şəxslərə ödənişləri 25 dəfə artıracaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında dərc olunan məlumatda deyilir.

Yeni qərara əsasən, ödənişin məbləği indiki 200 avrodan 5 min avroya qədər artacaq. Bu məbləği almaq üçün sığınacaqdan imtina edildikdən sonra 30 gün ərzində müvafiq sorğu təqdim etmək lazımdır.

Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Hazırda vətənə könüllü qayıtdıqdan sonra sığınacaq axtaran şəxs bütün ailə üzvləri üçün tamamilə pulsuz səyahət, onlar olmadıqda bütün səyahət sənədlərinin qeydiyyatı və hər bir yetkin vətəndaş üçün 200 avro, hər uşaq üçün 100 avro ödənişlə təmin olunur.

Milli.Az


Etiketlər:  Finlandiya vətənə qayıtmağa razı olan qaçqınlara ödənişləri 25 dəfə artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ