Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 08:08
Qvineyanın paytaxtı Konakrinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi Qvineya hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Agentlik bildirib ki, hadisə zamanı daha 241 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Qvineya hökuməti 18 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.
Konakridə böyük yanacaq anbarında güclü yanğın dekabrın 17-də baş verib.