Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurbağalar zəncirvari qəzaya səbəb oldu FOTO

Qurbağalar zəncirvari qəzaya səbəb oldu FOTO

Tarix: 22 Dekabr 2023 08:30

Hondurasda güclü yağışlardan sonra çoxalmış qurbağalar səbəbindən yolların birində böyük qəza baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Kortes departamentinin Çoloma şəhərində baş verib.

Müxtəlif amfibiyaların (suda-quruda yaşayanlar) küçələri və evləri doldurduğu bildirilir. Yerli sakinlər qeyd edirlər ki, bu, dekabrın 3-dən sonra güclü yağışlar səbəbindən baş verməyə başlayıb. Vəziyyət üç gün ərzində müşahidə olunub.

Nəticədə yolun hərəkət hissəsində müxtəlif növ qurbağaların  və çömçəquyruqların ifraz etdikləri selik yayılıb. Bu, bir sisternli avtomobil, iki ağırtonnajlı yük maşını və bir motosiklet də daxil olmaqla ən azı beş avtomobilin iştirakı ilə qəzaya səbəb olub. Motosiklet tamamilə yanıb.

Hadisədən sonra bəzi zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.


Etiketlər:  Qurbağalar zəncirvari qəzaya səbəb oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ